Dünya
Afinada ikinci “LOZANNA QALMAQALI” - “Bu 11 ölkənin məsələsidir” - - FOTO/VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Afinaya səfərində ikinci “Lozanna qalmaqalı” yaşanıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğanın Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşdən sonra keçirdiyi mətbuat konfransında Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb.
Yunan baş nazir Lozanna razılaşmasına yenidən baxılmasının müzakirə mövzusu olmadığını bildirib. O, Yunanıstanın ərazi bütövlüyü ilə əlaqədar olaraq hər hansı bir vəziyyətin mövzusu olmadığını deyib.
“Bizim sərhədlərimiz Lozanna ilə müəyyən edilib”, - Çipras vurğulayıb.
Ərdoğan isə cavabında qeyd edib ki, Lozanna razılaşması yalnız Türkiyə ilə Yunanıstan arasındakı bir razılaşma deyil: “Razılaşmada 11 ölkə yer alıb. Yaxud da, Lozanna razılaşması yalnız Egey dənizinimi əhatə edir? Egeyin xaricində heç bir şey yoxdurmu? Qərb Trakyadakı azlıqların hüquqları yoxdurmu? Bunların hüquqlarını qorumaq Yunanıstan rəhbərliyinin vəzifəsi olmalıdır”.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti ilə yunan həmkarı Prokopis Pavlopulos arasında da Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb. Yunan prezidentinin “Lozanna müqaviləsi müzakirə olunmaz” sözlərinə Ərdoğan sərt cavab verib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı