Dünya
Üzü dəyişdiriləcək və... - ABŞ-ın Zərrabla sövdələşməsinin ŞOK DETALLARI
ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi 7 səhifəlik razılaşmanın detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, razılaşmanın detalları Nyu-York Vəkillər Bürosunun üzvü Kortan Toygar tərəfindən “Milliyyət” nəşrinə açıqlanıb.
Vəkilin sözlərinə görə, Zərrab razılaşma çərçivəsində aşağıdakı ittihamları qəbul edib.
1. ABŞ, xüsusilə ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq (maksimum 5 il həbs cəzası, 250 min dollar pul cəzası, ya da bu yolla qazanılan pulların 2 qatı).
2. Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq üçün plan qurmaq (International Emergency Economic Powers Act) (maksimum 20 il həbs, 1 milyon dollar pul cəzası, ya da bu yolla qazanılan gəlirin 2 qatı).
3. Bank sistemində saxtakarlıq (maksimum 30 il həbs, 1 milyon dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı).
4. Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq (maksimum 30 il həbs, 1 milyon dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı).
5. Çirkli pulları yumaq (maksimum 20 il həbs, 500 min dollar pul cəzası və ya bu yolla əldə edilən gəlirin 2 qatı).
6. Çirkli pulların yuyulması üçün planlar qurmaq (maksimum 20 il həbs, 500.000 dollar və ya bu yolla qazanılan gəlirin 2 qatı)
7. Hüquq-mühafizə orqanlarına rüşvət vermək, onları narkotik maddə ilə təmin etmək üçün plan qurmaq (maksimum 5 il həbs, 250 min dollar və ya əldə etdiyi gəlirin 2 qatı).
Kortan Toygar bildirib ki, razılaşmaya görə, "Şahidin mühafizəsi proqramı"na daxil ediləcək olan Zərrab üçün maaş veriləcək, təhlükəsizliyi təmin olunacaq və estetik əməliyyat ediləcək. Onun sözlərinə görə, R.Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs cəzası və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO