• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Saakaşvilidən HƏDƏ: “Məni həbsxanaya qaytararlarsa…”

  • Dünya
  • 11 Dekabr 2017 15:59
  • 634 Baxış
Saakaşvilidən HƏDƏ: “Məni həbsxanaya qaytararlarsa…”

“Barəmdə həbs qəti-imkan tədbiri seçilərsə, aclıq aksiyasını davam etdirəcəm”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsində deyib.

Onun sözlərinə görə, ozünü hərbi əsir heasab edir. Saakaşvili ona təqdim edilmiş ittihamları “çirkli” adlandırıb.

Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib ki, prokurorlar Saakaşvili barəsində elektron qolbağın daşınması ilə ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında xahiş edəcəklər.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR