Dünya
Putindən “Mehmetcik” üçün YAŞIL İŞIQ: Hücum hər an BAŞLAYA BİLƏR
Rusiya prezidenti Vladimir Putinin Rusiya Silahlı qüvvələrinə Suriyadan çıxması ilə bağlı əmr verməsi Türkiyənin Afrinə hücumunu tezləşdirə bilər.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki,2012-ci ildən bu yana PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) nəzarətində olan Afrində hazırda 300-dən çox Rusiya hərbçisi var.
Türkiyə üçün ən böyük təhdid mərkəzi olan Afrindən Rusiya hərbçilərinin çəkilməsi Türkiyənin bütün hazırlıqlarını tamamladığı Afrin əməliyyatı üçün son mərhələ olaraq qiymətləndirilir. Məlumata görə, Putinin Rusiya qüvvələrinin Suriyadan çəkilməsi ilə bağlı verdiyi qərarın arxasında İran, Türkiyə və Rusiyanın əməkdaşlığı ilə yaradılacaq birgə güc layihəsi dayanır.
Türkiyə KİV-inin yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.
Bunu nəzərə alan PYD-nin liderlərindən biri Murat Karayılan ötən ay Rusiya prezidentindən kömək istəyib. Təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.
“Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi qiymətləndirəcəyik. Ümid edirəm ki, cənab Putin bu əməliyyatın iştirakçısı olmayacaq. Bu, Rusiya rəhbərliyindən gözləntimizdir”, - o deyib.
Məlumata görə, İdlibdə 3-cü müşahidə məntəqəsini yaratmaq üçün Suriyaya daxil olan Türkiyə ordusunun bir hissəsi Afrinə istiqamətlənib. Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatların əsas məqsədi PYD-nin “terror dəhlizi” adlandırılan dəhlizlə Aralıq dənizinə çıxmasına mane olmaqdır.
Ömər
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...