• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Ağ Evdən daha bir İSTEFA

  • Dünya
  • 14 Dekabr 2017 10:15
  • 632 Baxış
Ağ Evdən daha bir İSTEFA

Ağ Evdə İctimaiyyətlə Əlaqələr şöbəsində çalışan tanınmış televiziya siması Omarosa Maniqo-Nyuman ABŞ prezidenti Donald Trampın köməkçisi postunundan istefa verib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sandersın məlumat yayıb. Onun sözlərinə görə, tanınmış teleulduz özünü başqa sferada sınamaq və kariyera qurmaq üçün bu addımı atıb.

Nyuman Trampın köməkçisi və ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışıb. O, Trampın "Şagird" adlı televiziya verilişinin ulduz siması olub. Bundan başqa Nyuman Trampın seçkiqabağı kampaniyasında da ona yaxından dəstək olan şəxslərdən biri olub.

Ağ Evdə İctimaiyyətlə Əlaqələr şöbəsində kommunikasiyalar üzrə direktor vəzifəsində çalışan Nyumanın 2018-ci ilin yanvarın 20-də rəsmi şəkildə öz postundan ayrılacağı bildirilir.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR