Saakaşvili dama çıxma səbəbini - Açıqladı
Bizi izləyin

Dünya

Saakaşvili dama çıxma səbəbini - Açıqladı

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, müsahibəsində bir müddət öncə Kiyev polisi tərəfində saxlanılmasından danışıb.

Saakaşvili saxlanılma zamanı dama çıxma səbəbini də açıqlayıb:

"Onlar mobil rabitəni blokladılar. Tərəfdarlarıma olanları çatdıra bilmədim. Bunun üçün dama çıxdım və 2 saata yaxın orada qaldım. İnsanlar oyandığında məni orda görüb, sosial şəbəkə vasitəsilə çağırış etdilər".

Sabiq qubernator saxlanılma zamanı ona normal münasibət göstərildiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm