Saakaşvilidən tərəfdarlarına: "Saraydan çıxın" (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Saakaşvilidən tərəfdarlarına: "Saraydan çıxın" (YENİLƏNDİ)

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını tərk etməyə və Azadlıq (Maydan) meydanına qayıtmağa çağırıb.

Publika.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sarayın daxilində konsert keçirildiyini söyləyib.

M. Saakaşvili günahsız insanların zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa çağırıb.

Başqa bir mənbə isəsarayda uşaqlar üçün Yeni il şənliyi keçirildiyini bildirib.

**

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm