Trampın qızını və kürəkənini məhkəməyə verdilər
Bizi izləyin

Dünya

Trampın qızını və kürəkənini məhkəməyə verdilər

Britanıyalı vəkil Cefri Lovitski ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampı və onun həyat yoldaşı Cerardo Kuşneri məhkəməyə verib.

Publika.az xəbər verir ki, prezidentin qızı ilə kürəkəni öz gəlirlərinin böyük əksəriyyətini gizlətməkdə və dövlət büdcəsindən oğurluqda ittiham edilirlər.

"Politico" nəşrinin məlumatına görə, vəkil iddia edir ki, ər-arvad idarəçiliklərində olduğu 30 investisiya fondunun illik gəlirləri barədə bəyannamələri təqdim etməyib. Bu isə 1978-ci ildə ABŞ-ın dövlət orqanlarında çalışan vəzifəli şəxslərin davranış əxlaqını tənzimləyən akta ziddir.

Vəkil məhkəmə prosesinə daha əvvəl Ağ Evin də təsdiqlədiyi sənədləri təqdim edib: "Sənədlərə görə, prezident Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cerardo Kuşnerin birlikdə gəlirləri 740 milyon dollar təşkil edir. Nəzərə alsaq ki, C.Kuşner bu vəzifəyə təyin edilməzdən qabaq 200-ə yaxın müxtəlif müəssisələrdə tutduğu vəzifədən və biznes şəbəkələrindən imtina edib, bu normal rəqəmlər deyil".

Ağ Ev, eləcə də Donald Tramp məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm