Tehranda məktəblər bağlandı - SƏBƏB
Bizi izləyin

Dünya

Tehranda məktəblər bağlandı - SƏBƏB

İranda hava kirliliyi həyatı iflic edib. Xüsusən də, paytaxtda vəziyyət daha çətindir.

Publika.az xəbər verir ki, hava kirliliyi səbəbindən Tehran məktəblərində tətil elan edilib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Hava Kirliliyi İzləmə və Fövqəladə Hallar Koordinasiya Komitəsinin qərarı ilə ölkənin şərqindəki Feyruzkuh, Dəmavənd, Pərdis bölgələrindən başqa bütün məktəblər bağlanıb.

Komitənin xəbərdarlığı ilə açıq havada planlaşdırılan bütün idman müsabiqələri təxirə salınıb. Mağazaların normal iş saatından iki saat tez bağlaması və qadın əməkdaşlara icazə verməsi bildirilib.

Mütəxəssislər küçəyə çıxmaqla bağlı xəbərdarlıq edib, məcburiyyət qarşısında çıxanlara isə qoruyucu maskalardan istifadə etmələri təklif edilib.

Hava kirliliyinin səbəbi şəhərin hava sirkulyasiyasına uyğun olmayan yerləşməsi, əhali sıxlığı, köhnə maşınlardan havaya buraxdığı zərərli qazlar göstərilir.

Dünyada hava kirliliyinə görə şəhərlər arasında ilk beşliyə düşən Tehranda tez-tez bu səbəbdən məktəblərdə tətil elan edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm