Rusiya hərbçiləri Donbasdan çıxır - RƏSMİ BƏYANAT
Bizi izləyin

Dünya

Rusiya hərbçiləri Donbasdan çıxır - RƏSMİ BƏYANAT

Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskvanın qərarı Kiyevin mövqeyinə görə yaranan çətinliklərlə izah edilir. Bildirilir ki, Ukrayna mərkəzin fəaliyyəti barədə istənilən sənədləşmə reqlamentindən imtina edib. Sənəddə deyilir ki, mərkəzdə olan Rusiya həbrçiləri dekabrın 19-da Ukrayna ərazisini tərk edəcəklər.

Qeyd edək ki, Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəz 2014-cü ilin sentyabrında Rusiya və Ukrayna prezidentlərinin razılaşması əsasında iki ölkənin Baş qərargahları tərəfindən qurulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm