Dünyanın görəcəyi ilk müharibə, Putin yoxa çıxacaq, neft 10 dollara... - Dünya üçün 8 FƏLAKƏT SSENARİSİ
Bizi izləyin

Dünya

Dünyanın görəcəyi ilk müharibə, Putin yoxa çıxacaq, neft 10 dollara... - Dünya üçün 8 FƏLAKƏT SSENARİSİ

“Bloomberg” agentliyi yaxın 10 il üçün ən təhlükəli hadisələrin ssenarilərini açıqlayıb.

Publika.az onları təqdim edir.

1. Neft erasının sonu

2018-ci ildə akkumulyatorların hazırlamasında sıçrayış sayəsində ucuz elektrik avtomobillərin kütləvi buraxılışı başlanacaq. 2021-ci ildə Yaponiyadan ABŞ-a qədər dünya iqtisadiyyatı avtomobil bazarında kəskin dəyişikliklərlə əlaqədar çətinliklərlə qarşılaşacaq. Neftin bir barelinin dəyəri 20 dollara qədər düşəcək. Bu, Ər-Riyad və Moskvada daha güclü hiss ediləcək, Rusiya zavodlarında qarışıqlıqlar başlanacaq. 2024-cü ildə Səudiyyə Ərəbistanında iqtisadi böhran başlanacaq, Yaxın Şərq və Rusiyada qeyri-stabil siyasi vəziyyət yaranacaq. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Rusiyada genişmiqyaslı iqtisadi böhranın qızğın çağında - 2024-cü ildə Putini əvəz edəcək. Vəziyyət hər il pisləşəcək, Nabiulllina ölkəni böhrandan çıxarmağa çalışacaq və Putin ictimai sahədən tamamilə yox olacaq. Neftin qiyməti həmin vaxtda 10 dollara qədər düşəcək. Daha dörd il sonra - 2028-ci ildə Səudiyyə Ərəbistanı “gələcəyin şəhərləri”nin yaradılmasından imtina edəcək və OPEK dağıdılacaq. Nabiullina ölkənin dağılmasının qarşısını almağa çalışacaq. Qeyd edilir ki, belə ssenari halında energetika idxalatçıları udacaq və eksportçular zərər çəkəcəklər.

2. Donald Trampın ikinci prezidentlik müddəti

Bu ssenariyə əsasən, 2018-ci ildə ABŞ-da iqtisadi bum olacaq. 2021-ci ildə Tramp nəhayət, “Obamacare” tibbi sistemini ləğv edəcək, amma alternativləri təklif etməyəcək. ABŞ-ın səhiyyə sistemində bu ssenari üzrə xaos yaranacaq və 2021-ci ildə ABŞ iqtisadiyyatında dərin düşmə qeydə alınacaq.

2024-cü ildə teleaparıcı Cimmi Kimmel prezident seçiləcək və səhiyyə üzrə milli islahatı həyata keçirəcək. Amma böyük Amerika şəhərlərində qarışıqlıqlar baş verəcək və məyus seçicilər 2028-ci ildə demokratlar və respublikaçılara alternativ partiyalara üstünlük verəcəklər.

3. “Feyk nyus” Feysbuku öldürəcək

2018-ci ildə ABŞ Konqresinə seçkilər göstərəcək ki, Feysbuk və başqa texnologiya şirkətləri yalan məlumatların yayılmasını dayandıra bilmir. Daha sonra sosial şəbəkələr şübhəli məzmunlu xəbərlərin üzə çıxarılması üçün minlərlə insanı işə götürəcək, amma bu da problemi həll etməyəcək. Bir çox ölkələr “Rusiya nümunəsi” ilə hərəkət edərək xüsusi xidmət orqanlarının yeni silahı olan “troller fabrikləri”ni yaradacaqlar. Artıq 2025-ci ilə heç kim həqiqət və yalan məlumatları bir-birindən ayıra bilməyəcək. Nəhayət, Feysbuk, Tvitter və Quql öz mövcudluğunu dayandıracaq.

4. Bitkoin bankları əvəz edəcək

“Bloomberg”in növbəti ssenarisinə əsasən, 2018-ci ildə regional Amerika Bankı kiberhücum nəticəsində onun sistemlərinin bütünlüklə məhv edildiyini elan edəcək. Hələlik dünya tənzimçiləri narahat əmanətçiləri sakitləşdirəcəklər. Bitkoinin qiyməti 40 min dolları ötəcək, qızıl maliyyə sisteminin təhlükəsizliyinə olan inamsızlığına görə bahalaşacaq. Üç il sonra Venesuela, Yunanıstan və bir neçə Afrika ölkəsi Bitkoini tanıyacaq və onun qiyməti 100 min dollara çatacaq. 2023-cü ildə hakerlər bütün dünyada banklara “Troya” virusunu tətbiq edəcəklər. “Bloomberg”in ssenarisinə əsasən, Bitkoinin qiyməti 1 milyon dollara çatacaq.

5. Şimali Koreya dünyanı müharibə həddinə itələyir

Bu ssenariyə görə, 2018-ci ildə Koreya Xalq Demokratik Respublikası dünyanı müharibə həddinə çatdıracaq. Pxenyan tərəfindən buraxılmış raket ABŞ-ın Qərb sahilindən 20 mil aralıda düşəcək, amma Tramp buna cavab verməməyə qərar verəcək. 2019-cu ildə Şimali Koreya televiziyası Kim Çen Inın ürəktutmasından gözlənilməz ölümünü elan edəcək. Yeni “kukla rejim” yarımadanın nüvə silahından təmizlənməsi ilə razılaşacaq. Və insanlar ABŞ - Çin münasibətlərində “qızıl era”dan danışmağa başlayacaqlar. 2020-ci ildə Tramp elan edəcək ki, ABŞ Çinə hərbi texnikanı satmağa başlayacaq. Amma beş il sonra Çin lideri Si Cinpin Tayvanı Çinə birləşdirmək istədiyini elan edəcək. Buna cavab olaraq Yaponiya nüvə silahının hazırlanması işlərinə başlamaq istəyini açıqlayacaq. 2028-ci ildə Yaponiya qitələrarası ballistik raketlərinə nüvə döyüş başlığı yerləşdirdiyini bildirəcək.

6. Böyük Britaniyada hakimiyyət sosialistlər tərəfindən tutulacaq

Bu ssenariyə əsasən, “Brexit” üzrə danışıqlar nəzarət altından çıxacaq, Tereza Mey Böyük Britaniyanın baş naziri vəzifəsini tərk edəcək. Növbədənkənar seçkilər leyboristlərin lideri Ceremi Korbinin hakimiyyətə gəlməsi ilə nəticələnəcək. Böyük Britaniya 2019-cu ildə Avropa İttifaqını tərk edəcək. Amma “Brexit” hesablandığı kimi Britaniyaya 50 deyil, 80 milyard avroya başa gəlir.

2022-ci ildə Korbin sosializm gündəmini inkişaf etdirmək üçün vergiləri artıracaq və zəngin bankirlər Londondan qaçmağa başlayacaq. Bir il sonra Korbina səslərin böyük əksəriyyəti ilə yenidən seçiləcək. Amma bu vaxt Böyük Britaniyada inflyasiya nəzarət altından çıxacaq, dövlət borcu ölkənin ümumi daxili məhsulunun 100 faizini ötəcək, 2028-ci ilə ödəniş qabiliyyəti haqqında qorxular artacaq.

7. Nəsillərin mübarizəsi Avropanı dağıdacaq

2018-ci ildə fransız təqaüdçüləri pensiya sistemində islahatlar həyata keçirməyə çalışan prezident Emmanuel Makronun cəhdinə qarşı etirazlara başlayacaqlar. İtaliyada parlament seçkiləri nəsillər arasında kəskin parçalanmanı aşkar edəcək. İki il sonra Portuqaliya, İtaliya, İspaniya və Yunanıstan maliyyə böhranında batacaq. Kataloniya 2024-cü ildə yenidən müstəqillik referendumu keçirərək müstəqilliyə səs verəcək. Madrid bununla razılaşmalı olacaq. Ssenariyə əsasən 2028-ci ildə Belçika üç hissəyə bölünəcək.

2. Çin ticarət müharibəsinə başlayır

Bu ssenariyə əsasən, Çin 2028-ci ilə kimi elektrik avtomobillərə tam keçid üçün 2021-ci ildə milyardlarla dollar vəsait ayıracaq. Tramp neft şirkətləri və köhnə avtoistehsalçılar üçün vergi güzəştlərini artıracaq və atmosferdə karbon qazının azalması üzrə ölçüləri nəzərdə tutan Paris İqlim Razılaşmasına qoşulmaqdan imtina edəcək. 2024-cü ildə Çin hakimiyyəti ABŞ-ın mövqeyini dəyişdirməyə məcbur etmək üçün yollar axtaracaq. Xüsusi halda, Pekin atmosferə buraxılan zərərlii tullantıların miqdarını azaltmayan ABŞ-a qarşı ticarət sanksiyalarını tətbiq etməyə başlayacaq. 2028-ci ildə ABŞ prezidenti olmuş Cimmi Kimmel Konqresi tullantıların ixtisarı ilə bağlı məsələdə razı sala bilməyəcək. Çin ABŞ, Avstraliya və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək və dünya birinci “iqlim ticarət müharibəsi” ilə qarşılaşacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm