Kiyev Krımın qaytarılmaq üsulunu açıqladı
Bizi izləyin

Dünya

Kiyev Krımın qaytarılmaq üsulunu açıqladı

Rusiyaya qarşı təzyiq və sanksiyalar Krımın Ukraynaya qaytarılmasına gətirib çıxaracaq.

Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Yuri Qrımçak bildirib.

Onun sözlərinə görə, yarımada ilə Luqansk və Donetsk “xalq respublikaları”nın Kiyevin nəzarəti altına qaytarılmasının mexanizmi eynidir.

“Bu, iqtisadi, maliyyə və başqa sahələrdə təzyiqdir. Rusiyanın bu siyasəti ona çox baha başa gəlməlidir”, - nazir müavini deyib.

Qrımçak qeyd edib ki, hansısa bir anda Krımın saxlanılması Rusiya üçün “zəhərli”, onun Ukraynaya qaytarılması isə “qurtuluş” olacaq.

Qeyd edək ki, Moskva Krım yarımadasının Rusiya ilə birləşdirilməsi haqqında məsələni bağlanmış məsələ hesab edir. Yarımada 2014-cü ilin əvvəlində Maydan hadisələri fonunda zəbt edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm