ABŞ yeni müharibənin planını hazırlayır - SSENARİ
Bizi izləyin

Dünya

ABŞ yeni müharibənin planını hazırlayır - SSENARİ

Birləşmiş Ştatlar raket-nüvə proqramının dayandırılması məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbənin vurulması planını hazırlayır.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti bildirib.

Mənbələr bildirir ki, diplomatiyanın arzuolunan nəticələr verməməsi Koreya yarımadasının nüvə probleminin hərbi həllinə hazırlığı əhəmiyyətli dərəcədə gücləndirib. Güc ssenarisinin variantlarından birinə Pxenyanın növbəti raket sınağını keçirəcəyi start meydançasının məhv edilməsi daxildir. Qəzetin məlumatına görə, Ağ Ev Pxenyan tərəfindən növbəti raket sınaqlarının keçirilməsinə qədər start meydançasının məhv edilməsi variantına baxır.

Hədəf həmçinin, silah-sursat anbarları ola bilər.

Qeyd edək ki, KXDR ətrafında gərginliyin yeni bumu noyabrın 29-da başlayıb. Pxenyan bu tarixdə 75 günlük fasilədən sonra ballistik raket sınağını keçirib. Şimali Koreyanın STAK xəbər agentliyinin məlumatına görə, yeni tipli “Xvason-15” raketi 53 dəqiqəsi ərzində 4475 kilometr hündürlüyə qalxıb və 950 kilometr aralıda Yapon dənizinə düşüb. Ekspertlərin fikrincə, yeni raket 13 min kilometrə qədər məsafə qət edə bilər. Belə olan halda, ABŞ-ın praktik olaraq bütün ərazisini sözügedən raketlə vurmaq mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm