Filippində 251 sərnişini olan gəmi batdı
Bizi izləyin

Dünya

Filippində 251 sərnişini olan gəmi batdı

Filippində 251 sərnişin daşıyan gəmi batıb.

Publika.az xəbər verir ki, Filippin Sahil Təhlükəsizliyi əməkdaşlarının verdiyi məlumata görə, paytaxt Manilanın yaxınlığında batan gəmidə ölən və yaralananlar var.

Yerli radiodan verilən qeyri-rəsmi məlumata görə isə, hadisə nəticəsində hələ ki, 3 nəfər həlak olub.

Hadisənin baş verdiyi bölgəyə Təhlükəsizlik Qüvvələrinin xilasedici botları və helikopterlər cəlb edilib.

Gəminin batdığı ərazidə fırtına və fırtınadan qaynaqlanan yağışın olduğu bildirilib. Pis hava şəraiti və güclü dalğalar axtarış-xilasetmə işlərini çətinləşdirir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm