Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci
Bizi izləyin

Dünya

Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci

Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb.

İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.

Müstəqillik tərəfdarları rəqs edir, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemona dəstək şüarları səsləndirir, bir-birilərini qələbə ilə təbrik edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm