Polis idarəsində terror - 8 ölü, 9 yaralı
Bizi izləyin

Dünya

Polis idarəsində terror - 8 ölü, 9 yaralı

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətinin Meyvand bölgəsində terror aktı törədilib.

Publika.az xəbər verir ki, bu haqda təhlükəsizlik güclərinin nümayəndəsinə istinadən “Khaama Press” agentliyi bildirib.

Məlumata görə, mina yüklənmiş avtomobilin partladılması nəticəsində 8 polis həlak olub, daha 9-u yaralanıb. Yerli hakimiyyətdən bildiriblər ki, kamikadze avtomobillə polis idarəsinin həyətinə daxil olaraq partlayıcı qurğunu işə salıb.

Hücuma görə məsuliyyət hələ heç bir terror qruplaşması üzərinə götürməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm