Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətində dindiriləcək
Bizi izləyin

Dünya

Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətində dindiriləcək

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili dekabrın 26-da Ukraynanın Təhlükəsizlik Xidmətində dindiriləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili idarədən bununla bağlı bildiriş aldığını bildirib.

Xatırladaq ki, cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların fəaliyyətini gizlətməkdə şübhəli bilinən Saakaşvili dekabrın 5-də saxlanılıb. Lakin tərəfdarları Saakşvilinin aparıldığı avtomobilə hücum edərək onun azad ediblər.

Keçmiş qubernatoru saxlamaq yalnız dekabrın 8-də mümkün olub. Kiyevin Peçerski rayon məhkəməsi dekabrın 11-də Saakaşvili barəsində ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında prokurorluğun xahişini rədd edib və siyasətçi azad olunub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm