Rusiya qlobal faciə hazırlayır – NATO Kremlin dəhşətli PLANINI AÇIQLADI
Bizi izləyin

Dünya

Rusiya qlobal faciə hazırlayır – NATO Kremlin dəhşətli PLANINI AÇIQLADI

İnternetə çıxışı təmin edən və Atlantik okeanın dibindən keçən sualtı kabellər, həmçinin Avropa və Amerikada başqa kommunikasiyalar Rusiya tərəfindən qəsdən sıradan çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda hərbçilərin qiymətləndirmələrinə istinad edən “Vaşinqton Post” nəşri yazıb.

NATO-nun sualtı güclərinin komandanı Endrü Lennonun sözlərinə görə, Rusiya ittifaqın sualtı infrastrukturuna olan marağını açıq-aydın göstərir.

“Biz hazırda sualtı kabellərinin ətrafında Rusiyanın heç vaxt müşahidə etmədiyimiz fəaliyyətini görürük”, - o deyib.

NATO-nun yüksək rütbəli hərbçisinin sözlərinə görə, buna əsaslanaraq, hərbi alyansın infrastrukturunun təhlükəsizliyinin təmin olunması üzrə nəzarət məntəqəsinin bərpa olunmasına qərar verilib. O, sözügedən mərkəzin “soyuq müharibə”nin sonunda bağlandığını xatırladıb.

Nəşr yazır ki, NATO öz donanmasının imkanları artırmağa və sualtı gəmilərin aşkar edilməsi üçün təkmilləşdirilmiş təyyarələri hazırlamağa tələsir.

Hərbi alyansa üzv ölkələrin hərbçiləri etiraf edirlər ki, məlumatların ötürüldüyü xətlərə zərər vurmaq və ya onlardan hər hansı üsulla istifadə etmək imkanını əldə etmək Kremlin arzusu ilə bağlı ola bilər. Hərbçilərin sözlərinə görə, Atlantik okeanının dibi ilə çəkilən kommunikasiya xətlərinin sıradan çıxarılması irimiqyaslı zərərlərə gətirib çıxara bilər.

“Siz bu kabellərə zərər vurulacağı üzrə ssenarini təsəvvür edə bilərsinizmi? Bu, faciəlidir və dərhal həm iqtisadiyyatımıza, həm də bütövlükdə həyat tərzimizə zərər vuracaq”, - Böyük Britaniya Hərbi-Hava Qüvvələrlərinin marşalı Stüart Piç bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm