Dünya
Sabiq baş nazir hava limanında saxlanıldı
Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Feysbuk” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib.
“Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, - deyə Lappo bildirib.
Cenevrəyə kiçik qızı ilə səfər edən Arseni Yatsenyuk aeroportda pasport yoxlanışı zamanı Rusiyanın sorğusu əsasında saxlanılıb.
Olqa Lapponun sözlərinə görə, A.Yatsenyuk saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ölkəni tərk edən zaman təkrar saxlanılacağı ilə bağlı xəbərdarlıq edilib.
2017-ci ilin martında Moskva Arseni Yatsenyukun həbsinə dair məhkəmə qərarını Kiyevə təqdim edib. Rusiya İstintaq Komitəsi onun 1994-95-ci illərdə Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edir. A.Yatsenyuk isə ittihamları rədd edərək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib. (apa)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK