Dünya
Avstriya kansleri: “Türkiyə üçün Aİ-də yer yoxdur”
“Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına üzv olması mümkünsüzdür”.
Publika.az xəbər verir ki, bu barədə Avstriya kansleri Sebastyan Kurts “Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.
Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən kansler bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını qeyd edib: “Hesab edirəm ki, son illər yürütdüyü siyasətə görə Türkiyə üçün Aİ-də yer yoxdur. Onunla üzvlüyə dair danışıqlara son qoymaq doğru addım olardı”.
Sebastyan Kurts həmçinin iddia edib ki, Avstriya, Almaniya və digər ölkələrdəki türk icmalarının yerli cəmiyyətlərə inteqrasiya olunmasının qarşısını almaq üçün Ankara onlara güclü təsir göstərməyə çalışır.
Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Avstriyanın yeni hökumətinin proqramına etirazını bildirib. Proqrama əsasən, Vyana Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını bəyan edib. (apa)
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR