Nazirlərə TAPŞIRIQ - Bayramı ölkə daxilində keçirin!
Bizi izləyin

Dünya

Nazirlərə TAPŞIRIQ - Bayramı ölkə daxilində keçirin!

Fransa prezidenti Emmanuel Makron öz nazirlərindən Milad bayramı günlərində "nazirlik funksiyalarına uyğun istirahət yeri seçməyi" və xaricə getməməyi tələb edib. Dövlət başçısının bu göstərişi nazirlərə 30 noyabr tarixində ünvanlanıb.

“Report” xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo bildirib.

"Le Parisien" nəşri yazır ki, onun sözlərinə görə, Makron nazirlərdən həmçinin Parisdən uzağa getməməyi və daima əlaqədə olmağı tələb edib.

Qəzetin məlumatına görə, Fransa prezidenti Milad bayramını ölkənin şimalında yerləşən Tuke kommunasında qeyd edəcək. Nəşr yazır ki, rəsmi qrafikin olmamasına baxmayaraq, Makron tətil zamanı işini davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm