Dəhşətli qəza: Eyni ailədən 20 nəfər öldü
Bizi izləyin

Dünya

Dəhşətli qəza: Eyni ailədən 20 nəfər öldü

Filippinin paytaxtı Manila yaxınlığında Yeni il şənliyinə gedənləri daşıyan sərnişin avtobusu qəza törədib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində eyni ailənin 20 üzvü həlak olub, 10 nəfər yaralanıb. Ölənlərdən 6-ı uşaqdır.

Polis avtobusun önündəki avtomobili keçmək üçün yolu dəyişdiyini, bu zaman başqa bir avobusla toqquşduğunu bildirib.

Səlahiyyətli şəxslər yaralananların yaxındakı xəstəxanaya aparıldığını deyiblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm