Navalnı Putinlə yarışmaqdan məhrum edildi
Bizi izləyin

Dünya

Navalnı Putinlə yarışmaqdan məhrum edildi

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib.

Qeyd edək ki, MSK müxalifət liderinin sənədlərini dünən qəbul edib. Ancaq daha əvvəl MSK sədri Ella Pamfilova bildirmişdi ki, müxalifət lideri mühakimə olunduğu üçün namizədliyini irəli sürə bilməyəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putinin iştirakı artıq dəqiqləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm