Rusiya oliqarxların pulunu ABŞ-dan belə gizlədəcək - Nazirdən ZƏMANƏT
Bizi izləyin

Dünya

Rusiya oliqarxların pulunu ABŞ-dan belə gizlədəcək - Nazirdən ZƏMANƏT

Rusiya Maliyyə Nazirliyi ölkə biznesmenlərinin ofşor zonalardakı pulunu Amerika və Avropa tənzimçilərindən gizlədəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, oliqarx, investorlar və biznesmenlərə belə zəmanəti Rusiyanın Maliyyə Nazirliyinin başçısı Anton Siluanov verib.

Onun sözlərinə görə, söhbət dövlət avroistiqrazlarının buraxılışından gedir. Nazir hesab edir ki, oliqarxlar bu üsulla pulu Rusiyaya qaytara və ABŞ-ın sanksiyalarının altına düşmək qorxusu olmadan qazana biləcəklər.

Siluanov bildirib ki, bir sıra biznesmenlər kapitalın Rusiyaya qaytarılması üzrə mexanizmi yaratmaq təklifi ilə çıxış ediblər. O, qeyd edib ki, xüsusi istiqraz vərəqələrinin buraxılışı kapitalın yeni amnistiyasını həyata keçirmək qərarı ilə bağlı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm