Səudiyyə şahzadəsi Türkiyəyə gələcək - - VİDEO
Bizi izləyin

Dünya

Səudiyyə şahzadəsi Türkiyəyə gələcək - - VİDEO

Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkənin vəliəhd şahzadəsi Məhəmməb bin Salmanla görüşüb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş 1 saat 30 dəqiqə davam edib.

Türkiyənin baş naziri görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında şahzadənin Türkiyəyə səfər edəcəyini deyib. O, görüşdə ikitərəfli ticarətin daha da inkişaf etdirilməsi, müdafiə sənayesində müştərək layihələrin həyata keçirilməsi və digər mövzuların müzakirə edildiyini qeyd edib.

“Səudiyyə Ərəbistanı və Türkiyə bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün iki açar ölkədir. İki ölkənin hər mövzuda birgə çalışması həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı üçün deyil, eyni zamanda regional və qlobal sülh üçün zəruridir”, - Binəli Yıldırım vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm