NATO-dan “S-400” açıqlaması
Bizi izləyin

Dünya

NATO-dan “S-400” açıqlaması

Türkiyə ilə Rusiya arasında əldə edilən “S-400” havadan müdafiə sistemi razılaşması NATO tərəfindən yaxından izlənilir.

Publika.az xəbər verir ki, sistem barədə danışan səlahiyyətli bir şəxs NATO-nun narahatlığının sadəcə Türkiyənin digər müttəfiqlərlə ayaqlaşa bilməməsi olduğunu deyib:

“NATO üçün önəmli olan müttəfiqlərin aldığı işçi heyətinin əməkdaşlıq edə bilməsidir. Silahlı qüvvələrimizin birlikdə işləyəbilmə qabiliyyəti əməliyyatlarımızın və missiyalarımızın təşkil edilməsi üçün əsas şərtdir”.

Hərbi işçi heyətinin alınması qərarı Türkiyənin səlahiyyətində olsa da, üstünlüyün Rusiyaya verilməsi NATO və ABŞ-ı narahat edir. Çünki “S-400” kompleksi NATO-nun sursatları ilə inteqrasiya olunmuş formada işləyə bilməz.

Türk torpaqlarında Rusiya istehsalı havadan müdafiə sistemlərinin olması Türkiyədə yerləşdirilmiş və fəaliyyətdə olan ittifaq ünsürlərinə problem yaradacağı bildirilir.

NATO-nun ən önəmli üzvü olan ABŞ üçün problem daha əhəmiyyətlidir. Çünki “S-400”ləri istehsal edən şirkət ABŞ-ın sankiyalar siyahısındadır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm