“ABŞ-ın yeni sanksiyalarına...” - Moskvadan HƏDƏ
Bizi izləyin

Dünya

“ABŞ-ın yeni sanksiyalarına...” - Moskvadan HƏDƏ

“ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Moskva onlara güzgü kimi cavab verəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Siz bizim ənənəvi mövqeyimizi bilirsiniz. Biz partnyorlarımızın Rusiya barəsində təcavüzkar hərəkətlərinə güzgü kimi cavab verməyə məcburuq”, - Zaxarovu deyib.

Daha əvvəl KİV-də yayılan xəbərə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası “pis oğlanlar”ın siyahısı adlandırılan “Kreml məruzəsi” üzərində işləyir. Sənədlə Rusiya vətəndaşlarının yer aldığı “qara siyahı” genişləndiriləcək. Siyahıya yüksək vəzifəli Rusiya məmurları və hakimiyyətə yaxın biznesmenlər daxil ediləcək. Sənədin 2018-ci il yanvarın sonuna kimi Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Atlantik Şurasının eksperti, Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniel Frid nəşrə deyib ki, məruzə üzərində Maliyyə Nazirliyi, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bir sıra başqa idarələr işləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm