Dondurucu soyuqlara Trampdan özünəməxsus reaksiya - FOTO
Bizi izləyin

Dünya

Dondurucu soyuqlara Trampdan özünəməxsus reaksiya - FOTO

ABŞ prezidenti Donald Tramp ölkəni cənginə alan dondurucu soyuqlara özünəməxsus şəkildə şərh verib.

Publika.az xəbər verir ki, prezident “Çin aldatmacası” kimi gördüyü və ABŞ iqtisadiyyatına zərər vermək üçün ortaya atıldığını iddia etdiyi qlobal istiləşməyə qarşı olduğunu göstərən mesaj paylaşıb:

“Şərq tərəfdə ən soyuq Yeni İl gecəsi ola bilər. Bəlkə də bu gözəl qlobal istiləşmədən bir azını istifadə edə bilərik. Qlobal istiləşməyə qarşı digər ölkələr deyil, bizim ölkəmiz trilyonlarca dollar pul ödəyəcəkdi. Qalın geyinin!”

Qeyd edək ki, ABŞ-ın şimalını və Kanadanı cənginə alan dondurucu soyuq hər iki ölkədə həyatı iflic edib. Minnesota əyalətində havanın temperaturu mənfi 37 dərəcəyə düşüb. Pensilvaniyada isə son illərin ən çox qar yağışı qeydə alınıb. Əyalətdə qarın qalınlığı 1,5 metrə yüksəlib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm