Bu qadın 2019-cu ildə Ərdoğanın rəqibi olacaq - - FOTO
Bizi izləyin

Dünya

Bu qadın 2019-cu ildə Ərdoğanın rəqibi olacaq - - FOTO

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda partiya sədri “Tvitter” hesabında bildirib.

“Millətimin imzaları ilə prezidentliyə namizəd olacağam. Siyasətdə olduğum müddətdə sadəcə millətimə güvəndim, yenə güvənirəm”, - o yazıb.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin hazırkı prezident, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın olacağı gözlənilir.

Türkiyədə 16 aprel 2017-ci il tarixli referendumda qəbul olunan Konstitusiya dəyişikliyi 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Türkiyə məhz bu seçkilərdən sonra rəsmən prezident üsul-idarəsinə keçəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm