Rusiyadan Ukraynaya növbəti "mina"
Bizi izləyin

Dünya

Rusiyadan Ukraynaya növbəti "mina"

Rusiyadan növbəti silah partiyası Ukraynaya yaxınlaşır

Silahlı dolu iki “Kamaz” markalı yük avtomobili Rusiya tərəfdən Donetsk vilayətindəki “Dmitrovka” sərhəd zastavasına tərəf hərəkət edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko bildirib.

Onun sözlərinə görə, hazırda avtomobillər sərhəd zastavasının 30 kilometrliyindədir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də içi silahla dolu olan daha 40 avtomobil Rusiyadan Ukraynaya keçməyə cəhd etmişdi. Onlardan bir neçəsi isə sərhədi keçməyə müvəffəq olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm