İranda vəhşət DAVAM EDİR: ölənlərin sayı 30-a ÇATDI - VİDEO
Bizi izləyin

Dünya

İranda vəhşət DAVAM EDİR: ölənlərin sayı 30-a ÇATDI - VİDEO

İranda hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı artıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılarla hakimiyyət orqanları arasında toqquşmada ölənlərin sayı 30-a çatıb.

Xəbərdə qeyd olunur ki, yeni il axşamı etirazçılar İranın təhlükəsizlik bürosunun binasına hücum ediblər. Ölkənin hüquq-mühafizə sistemini və hərbi bazaları ələ keçirməyə çalışan aksiya iştirakçıları arasında xeyli sayda ölən və yaralanan var.

Xatırladaq ki, etirazlar dekabrın 28-də İranın Məşhəd şəhərindən başlayaraq digər böyük şəhərlərə yayılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm