Dünya
Ərdoğan Makronla bu məsələni müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Suriya məsələsini müzakirə edəcək.
Publika.az xəbər verir ki, prezident R.T.Ərdoğan yanvar ayının 5-də E.Makronun dəvəti ilə Fransaya səfər edəcək. Türkiyə liderinin sözçüsü, İbrahim Kalının mətbuata verdiyi məlumata görə, liderlər əvəlcə təkbətək daha sonra hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirəcək. Görüşlərdə bir çox mövzu müzakirə edilsə də, prioritet olaraq Suriya məsələsi gündəmə gətiriləcək:
"Fransa Türkiyə ilə təqribən 6 əsrlik tarixə və çox güclü münasibətlərə malik olan ölkələrdən biridir. Terrorla mübarizə başda olmaqla, digər qlobal və regional məsələlərdə də Fransa ilə müxtəlif mərhələlərdə intensiv dialoqlar davam etdir. İki ölkə arasında daimi qarşılıqlı investisiyalar, energetika, sənaye, elm və texnologiya, nəqliyyat, mədəniyyət və təhsil sahələrində geniş layihələr aparılır. Bu dəfə keçiriləcək görüşdə isə, gündəmdə olan Qüds, Suriya, İraq məsələsi, eləcə də terrorla mübarizə mövzusunda yeni fikirlər müzakirə ediləcək".
Fransa mətbuatı isə, iki ölkə başçısının görüşünü, xüsusilə Suriya məsələsinin həllində önəmli danışıqlara yol açağı kimi təsvir edib.
Könül Cəfərli
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü