QANDONDURAN CİNAYƏT: Ata və iki övladının cəsədi zirzəmidən tapıldı
Bizi izləyin

Dünya

QANDONDURAN CİNAYƏT: Ata və iki övladının cəsədi zirzəmidən tapıldı

5 mərtəbəli binanın zirzəmisində 2-si uşaq olmaqla 3 nəfərin cəsədi tapılıb.

Publika.az xəbər verir ki, Türkiyənin Fındıqlı məhəlləsi adlanan ərazisində gecə saatlarında, ata 2 və 4 yaşlarında iki qızını odlu tüfəngdən atəş açaraq öldürüb.

Övladlarını qətlə yetirən ata eyni silahla özünü vuraraq intihar edib. Hadisə şahidi olan ana baş verənlər qarşısında dəhşətə gəlib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılsa da, uşaqların həyatını xilas etmək mümkün olmayıb.

Polislər faktla bağlı araşdırma başladıb. Hadisənin hansı səbəbdən törədildiyi bilinmir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm