İran bu ölkəni agentlərin hazırlıq bazasına çevirib – İsraildən İTTİHAM
Bizi izləyin

Dünya

İran bu ölkəni agentlərin hazırlıq bazasına çevirib – İsraildən İTTİHAM

İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən “terror şəbəkəsi”ni ifşa edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, terror şəbəkəsi İran kəşfiyyatına işləyirdi.

ŞABAK-ın məruzəsinə əsasən, üç fələstinli saxlanılıb. Onların başçısı Məhəmməd Maharmeh kompüter mühəndisliyi sahəsində 29 yaşlı tələbədir. Xüsusi xidmət orqanının məlumatına görə, o, Cənubi Afrika Respublikasındakı qohumu vasitəsilə 2015-ci ildə İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib.

Maharmehin vəzifələrinə İsrail vətəndaşlarına qarşı terror hücumlarına hazırlıq, həmçinin kamikadzelərin axtarışı və toplanması daxil idi. O, bu işə iki fələstinlini cəlb etməyi bacarıb. Sonuncuların İrandan 8 min dollar aldığı bildirilir.

ŞABAK-ın araşdırılmasının nəticəsinə görə aydınlaşıb ki, İran kəşfiyyatı İsrail və İordan çayının qərb sahilində agentlərin axtarışı, toplanması və hazırlığı üçün Cənubi Afrika Respublikasından baza kimi istifadə edib.

İsrailin baş nazirinin sözlərinə görə, İran kəşfiyyatı İsrailə zərbə vurmaq üçün müxtəlif yerlərdə və müxtəlif ilk dəfədir ki, çalışmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm