İranda iğtişaşlar zamanı avropalı saxlanıldı
Bizi izləyin

Dünya

İranda iğtişaşlar zamanı avropalı saxlanıldı

İranın güc strukturu əməkdaşları ölkənin qərbində yerləşən Lurestan əyalətinin Borucerd şəhərindəki iğtişaşlarda iştirak edən Avropa ölkələrindən birinin vətəndaşını saxlayıblar.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şəhərin məhkəmə hakimiyyətinin nümayəndəsi Həmid Rza Baalhəsəniyə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Avropa vətəndaşı Borucerddə son hadisələr zamanı saxlanılıb", - deyə o bildirib və əlavə edib ki, əcnəbi, istintaqın fərziyyəsinə görə, iğtişaşları qızışdıranlardan biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm