Nazarbayev Putinin “Yeni SSRİ”sindən DANIŞDI
Bizi izləyin

Dünya

Nazarbayev Putinin “Yeni SSRİ”sindən DANIŞDI

Avrasiya İqtisadi İttifaqının yaradılmasının SSRİ-nin “canlandırılması” ilə heç bir əlaqəsi yoxdur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin yeni tarixi və onun gələcəyinə dair fikirlərinin yer aldığı “Müstəqilliyin erası” kitabında bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı xüsusi iqtisadi layihədir.

“İrrasional qorxulara meyilli insanlara hələ 2011-ci ilin oktyabrında cavab verdim: SSRİ-nin heç bir bərpası yoxdur və olmayacaq. Bu yalnız keçmişin kabusları, gümanları və ehtikarlarıdır”, - Nazarbayev yazıb.

Nazarbayevin sözlərinə görə, 2016-cı ilin martında ABŞ-da keçirdiyi görüşlərdə də Avrasiya İqtisadi İttifaqının xüsusi iqtisadi birləşmə olduğunu izah edib:

“SSRİ-nin canlandırılmasından heç bir söhbət gedə bilməz. “Soyuq müharibə”nin bu stereotiplərini aradan qaldırmaq lazımdır. Onlar bizə gələcəyə baxmağa mane olur”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Gömrük şurası və vahid iqtisadi məkan əsasında yaradılmış qurumdur. 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərir. Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan onun üzvüdür. 2025-ci ildən qaz, neft və neft məhsullarının vahid bazarının yaradılması planlaşdırılır.

İttifaq bir çox hallarda Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ”si adlandırılır. Lakin Kreml də “Yeni SSRİ” barədə bütün iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm