Ərdoğanın sözçüsü: “Bu, ABŞ-ın planıdır”
Bizi izləyin

Dünya

Ərdoğanın sözçüsü: “Bu, ABŞ-ın planıdır”

“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndə heyətləri 3 ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılacaq”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) mövzusunda mövqeyimizi dilə gətirdik. Mövqeyimiz ondan ibarətdir ki, PYD Soçiyə dəvət edilməməlidir. Bu, sadəcə bizim istəyimiz üçün deyil, konqresin uğurlu nəticələr əldə etməsi baxımından da vacibdir. Suriyanı PYD və YPG təmsil edə bilməz”, - o bildirib.

Onun sözlərinə görə, PYD-nin Soçidə təmsil olunması Amerika planının bir hissəsidir.

“Soçidəki toplantıya Suriyadakı fərqli qrupların qanuni təmsilçilərinin qatılması vacibdir”, - İbrahim Kalın əlavə edib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm