Trampın vəkilləri Stiv Bannonu məhkəmə ilə hədələdi
Bizi izləyin

Dünya

Trampın vəkilləri Stiv Bannonu məhkəmə ilə hədələdi

Trampın sabiq baş müşaviri olmuş Stiv Bannonun jurnalist Maykl Volfa verdiyi müsahibə gündəmi bir-birinə qatıb.

Publika.az xəbər verir ki, son günlərdə jurnalistin çap ediləcək "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" kitabında yer alan müsahibədə Stiv Bannon Donald Trampı ruslarla gizli əlaqələrdə ittiham edib.

Müsahibə zamanı, o, Donald Trampın Nyu-Yorkda yerləşən "Tramp" otelində rus nümayəndələrlə gizli görüşlərdən bəhs edərəkdən onu "xain" adlandırıb.

Bu müsahibədən sonra isə Donald Tramp onu vəzifəsindən azad edərək, tvitter səhifəsindən "Stiv Bannon artıq başını itirib" -deyə paylaşım edib.

Maykl Volfun kitabında Donald Tramp, onun ABŞ tarixi üçün planları, qızı və kürəkəni haqqında heç yerdə yayımlanmayan materiallar da yer alır.

Məhz bu səbəbdən Donald Tramp və onun vəkilləri həmin kitabın çapının dayandırılması üçün mətbəəyə müraciət ediblər. Vəkillər bildiriblər ki, əgər kitab nəşr olunub satışa çıxarılarsa, həmin mətbəə, qeyri-dəqiq informasiyaların tirajlanması səbəbindən məhkəmə qarşısında cavab verməli olacaqlar.

Mətbəənin kitabın çapına dair hansı qərarı verəcəyi maraq doğurur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm