ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: “Moskva bunu etməsə...”
Bizi izləyin

Dünya

ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: “Moskva bunu etməsə...”

“Amerika Birləşmiş Ştatları Rusiya ilə münasibətlərin yaxşılaşmasına cəhd edir, amma hesab ki, buna Ukrayna böhranının həllində irəliləyişlə nail olmaq mümkündür”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson CNN telekanalına müsahibəsində bildirib.

“Aydındır ki, əslində Ukrayna Rusiya-ABŞ münasibətlərində künc daşıdır. Biz Ukraynada irəliləyişə nail olmalıyıq”, - dövlət katibi vurğulayib.

Daha əvvəl isə Tillerson deyib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır.

“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarına əməl etməyəcəyi halda, sanksiyalar qüvvədə qalacaq”, - deyə dövlət katibi qeyd edib.

Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm