İranın tək qadın Nobel sülh mükafatçısı: “Trampın nə dediyi vecimə deyil”
Bizi izləyin

Dünya

İranın tək qadın Nobel sülh mükafatçısı: “Trampın nə dediyi vecimə deyil”

Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Türkiyənin “Habertürk” nəşrinə müsahibə verib.

Publika.az xəbər verir ki, İranın ilk qadın hakimi olan Ş.İbadi ölkəsində baş verən etiraz aksiyalarını şərh edib.

2009-cu ildə İrandan sürgün edilən və Londona köçən 70 yaşlı hakim zorakılıq artmayacaqsa, bir "İran Baharı"nın yaşanacağını, ölkəsinin Suriyadan çox Tunisə bənzəyəcəyini bildirib.

O, İran xalqının rejimi dəyişdirmək istədiyini deyib:

“Xalq öncə iqtisadi tələblər səbəbilə küçələrə axışdı. Amma hərəkat yavaş-yavaş hökumətə qarşı çevrildi. İndi isə referendum tələb edilir. Onlar rejimin dəyişməsini istəyirlər. Çünki konsitutusiyaya görə, İranda demokratiya təsis edilmir. Konsitutsiya mütləq gücü dini liderə verir. Dəyişməsi lazım olan budur. İran xalqının tələb etdiyi şey din və dövlətin ayrılmasıdır. İran xalqı bu sualı verir: Biz iqtisadi probelmlərin içində boğularkən bizim pulumuz, iqtisadi qaynaqlarımız niyə dirçəlişimizə xərclənmir? Bunun yerinə silah almaq üçün Bəşər Əsədə göndərilir. Hizbullaha yardım edilir. Məncə, İran xalqı mütləq haqlıdır. O pullar Livandan öncə İranın haqqıdır”.

Ş.İbadi “qadınlar nə istəyir” sualını belə cavablandırıb:

“İnqilabın başından bəri qadınlar məruz qaldıqları ayrı-seçkiliklərə qarşı çıxır. İranlı qadınlara baxarkən onların nə qədər azad olduqlarını görə bilərsiniz. Zorla baş bağlamaq bunun sadəcə bir hissəsidir”.

O, ABŞ prezidenti Donald Trampın etirazlara dəstəyinə münasibət bildirib:

“Tramp hər kəs kimi öz fikrini söyləyə bilər, ancaq onun nə dediyi, doğrusu, vecimə deyil. İran xalqı heç kimi dinləmir. Küçəyə də öz iradələri ilə çıxdılar. İranda kiçik bir tərpəniş olsa, həmişə eyni şeyləri deyirlər. ABŞ-ı günahkar çıxarırlar. Mən “ABŞ İranda demokratiyanı müdafiə edir” demirəm. Ancaq inqilabdan bəri elə eyni sözlər… İndi dəyişən nədir ki? Hökumət xalqın tələblərini yerinə yetirərsə, İranda bahar yaşanacaq”.

“ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İranda nəyin olmasını istəyir” sualına Şirin İbadi “İran ağıllı davranarsa, Tunisə çevrilər, Suriyaya deyil” cavabını verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm