Müharibənin dayandırılmasının İKİ VARİANTI - Sabiq prezidentdən TƏKLİF
Bizi izləyin

Dünya

Müharibənin dayandırılmasının İKİ VARİANTI - Sabiq prezidentdən TƏKLİF

“Ukrayna Donbas müharibəsini dayandırmaq üçün iki əsas addımı atmalıdır: Rusiya ilə danışıqları təşkil etmək və Minsk formatını dəyişdirmək”.

Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.

“Birincisi, hər halda çətin olsa da, Rusiya və Ukrayna rəhbərliyi səviyyəsində təkbətək görüşə nail olmaq lazımdır. Minsk formatının dəyişdirilməsi ikinci addımdır. Məsələn, Budapeşt formatına keçmək olar”, - o deyib.

Sabiq prezident əmindir ki, müharibənin dayandırılması Rusiya prezidenti Vladimir Putindən rəsmi asılıdır, amma o, Rusiyaya qulaq asır. Onun sözlərinə görə, 150 ildir vuruşan Rusiyada müharibə elitası yaranıb.

Kravçuk qeyd edir ki, Ukrayna Rusiya kimi qonşusuna malik olduğu üçün yalnız bir çıxış yolu qalır: NATO-ya daxil olmaq.

O, qeyd edib ki, Rusiya yalnız qarşısında “başqa Ukrayna”nın olmadığını anlayandan sonra Ukraynanın müstəqilliyi ilə barışacaq.

“Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün zərbə olacaq. Amma o, anlayacaq ki, artıq başqa Ukrayna yoxdur, Ukrayna ilə əməkdaşlıq yollarını tapmaq və ona hörmət etmək lazımdır”.

Eyni zamanda Kravçuk qeyd edib ki, Ukrayna Rusiyanın maraqlarını da nəzərə alacaq.

“Bəli, Rusiyanın maraqlarına məhəl qoymamaq olmaz. Rusiyanın strateji maraqları var. Gəlin, onları müzakirə edək və həll yollarını axtaraq”, - sabiq prezident deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm