Pxenyana qarşı sanksiyalar yumşaldılır – Səbəbi AÇIQLANDI
Bizi izləyin

Dünya

Pxenyana qarşı sanksiyalar yumşaldılır – Səbəbi AÇIQLANDI

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı üçün Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sanksiyaların yumşaldılması imkanına baxacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ho Qyu Dok deyib.

Diplomat konkret olaraq hansı məhdudlaşdırıcı ölçülərin yumşaldılmasından söhbət getdiyini dəqiqləşdirməyib. Ancaq qeyd edib ki, Seul bu məsələ ilə bağlı BMT, ABŞ və başqa əlaqədar dövlətlərlə sıx məsləhətləşmək niyyətindədir.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Seul Pxenyanın “nüvə və raket proqramı üzrə ciddiliyini diqqətə alaraq” KXDR-yə qarşı beynəlxalq təzyiqə tərəfdar olmaqda davam edəcək.

Qeyd edək ki, Qış Olimpiya oyunları 2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək.

Bu gün isə Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm