Rusiya bazasına hücum vaxtı... - Müdafiə Nazirliyindən ŞOK İDDİA
Bizi izləyin

Dünya

Rusiya bazasına hücum vaxtı... - Müdafiə Nazirliyindən ŞOK İDDİA

Suriyada döyüşçülərin Xmeymim və Tartus bazalarına hücum cəhdləri zamanı ABŞ-ın kəşfiyyat təyyarəsi iki baza arasında uçuş həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Açıqlamada döyüşçülərin 13 pilotsuz uçuş aparatı ilə sözügedən bazalara hücumu şərh edən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankayn Qalloveyin “Bu cür cihazlar və texnologiyaları sərbəst bazarda asanlıqla əldə etmək mümkündür” sözlərinə cavab verilib.

“Açıqlamada hansı texnologiyalardan söhbət gedir, bu bazar harada yerləşir, hansı kəşfiyyat xidməti bu bazarda kosmosdan əldə edilən kəşf məlumatlarını satır? Bu şərh bizi havadakı qəribə təsadüfü yenidən qiymətləndirməyə itələyir. ABŞ-a aid “Poseidon” tipli kəşfiyyat təyyarəsi bazalara hücum cəhdi zamanı Aralıq dənizinın hava məkanında Xmeymim və Tartus bazaları arasında 7 min metr yüksəklikdə 4 saatdan daha çox niyə uçuş həyata keçirib?” – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik qısa müddət əvvələ qədər terrorçuların əlində bu cür silahların olmadığını vurğulayıb.

Qeyd edək ki, yanvarın 6-da gecə Xmeymim və Tartus bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum cəhdi olub. Rusiya Müdafiə Nazirliyi hücum cəhdlərinin qarşısının hava hücumundan müdafiə vasitələri ilə alındığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm