MOSSAD şefindən İran ETİRAFI: “Bu bizə kömək edəcək”
Bizi izləyin

Dünya

MOSSAD şefindən İran ETİRAFI: “Bu bizə kömək edəcək”

“İrandakı son etirazlar İran prezidenti Həsən Ruhaninin xalqın iqtisadi gözləntilərə cavab verməməsindən qaynaqlanır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin kəşfiyyat xidməti olan MOSSAD-ın rəhbəri Yossi Kohen deyib.

Tehranın Yaxın Şərqdə istədiklərini həyata keçirmək üçün təhlükəsizliyə daha çox pul xərclədiyini deyən MOSSAD şefi ABŞ-ın Yaxın Şərq anlayışının da Donald Trampın iqtidara gəlməsi ilə dəyişdiyini qeyd edib.

“ABŞ-ın siyasətində İsrailin təhlükəsizlik maraqlarını daha çox nəzərə alan dəyişikliklər görürük. Bu vəziyyət İranın təsirinin istiqamətini dəyişdirmək üçün bizə kömək edəcək”, - Kohen bildirib.

O, İsrailin İranda “gözü, qulağı ve daha başqa şeyləri” olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm