Pakistanda TERROR: ölənlər və yaralananlar var
Bizi izləyin

Dünya

Pakistanda TERROR: ölənlər və yaralananlar var

Pakistanın Kvetta şəhərində terrorçu kamikadzenin törətdiyi partlayış zamanı 7 nəfər ölüb.

"Report"un məlumatına görə, partlayış zamanı həmçinin 23 nəfər xəsarət alıb.

Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

Məlumata görə, hücumun hədəfi şəhərin inzibati binalarının yerləşdiyi, mühafizə olunan kvartalda yerləşən polisin yük avtomobili olub.

Partlayıcı qurğu yük avtomobilinə yaxınlaşan terrorçu kamikadze tərəfindən işə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm