Ankara-Moskva xəttində gərginlik artır - Rusiyadan MİT-ə MƏKTUB
Bizi izləyin

Dünya

Ankara-Moskva xəttində gərginlik artır - Rusiyadan MİT-ə MƏKTUB

Suriya ordusunun İdlibdə əyalətində müxalifət güclərinə qarşı hücumları Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb. Rejim güclərinə Rusiya qırıcılarının dəstək verdiyi bildirilir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu son iki gün ərzində İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib.

“Rusiya və İran Bəşər Əsəd rejimini dayandırmalıdır”, - Çavuşoğlu bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı dünənki açıqlamasında bildirmişdi ki, Suriya rejimi “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur.

“Nümayiş etdirilən bu mövqe siyasi həll prosesini baltalaya bilər”, - nazir qeyd edib.

Çavuşoğlunun sözlərinə görə, İran və Rusiyanın Suriya tərəfindən həyata keçirilən hücumlarla əlaqədar hər hansı bəhanəsi olmayacaq. Türkiyəli nazir qeyd edib ki, “Ən-Nüsra” və digər terror qrupları bəhanə edilərək dinc insanlara və mödətil müxalifətə hücumlar təşkil olunur.

“Biz İdlibdəki terror qruplarının təmizlənməsi üçün təkliflərimizi hər kəslə paylaşdıq. “Terror qruplarını məhv etmək üçün bütöv şəhəri bombalayaq” kimi vəhşi bir üsul ola bilməz. Biz nə üçün Astana prosesinə başladıq? Biz niyə Soçidən danışırıq? Cenevrə danışıqlarının heç bir mənası qalmayacaq? Atəşkəs pozuntularının 95 faizi rejim və ya rejimi dəstəkləyən qruplar tərəfindən edilir. Məqsəd nədir? Sülh danışıqlarından faydalanaraq mötədil müxalifət və dinc vətəndaşları məhv etməkmi istəyirlər? Rusiya və İran üzərinə düşən məsuliyyətini yerinə yetirməlidir. Rusiya və İran rejimi dayandırmalıdır. Bu, adi bir hava hücumu deyil. Rejim İdlibin içinə irəliləyir. Burada niyyət fərqlidir”, - Çavuşoğlu vurğulayıb.

Dünən axşam saatlarında isə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyənin narahatlığı ölkə sərhədlərinə doğru növbəti köç dalğasının başlaya biləcəyi ilə bağlıdır. Təxminlərə görə, rejim güclərinin hücumları davam edərsə, 2 milyona qədər insan Türkiyə sərhədləri istiqamətində axın edə bilər.

Rusiya Müdafiə Nazirliyi isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana bir məktub göndərilərək Türkiyənin Suriyadakı məsuliyyətinin xatırladıldığı bildirilib. Moskvaya görə, Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasına hücum edən pilotsuz uçuş aparatları müxalifət gücləri tərəfindən nəzarət edilən İdlib təhlükəsizlik bölgəsinin cənubi-qərbindən qalxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm