İranın döyüş gəmisi Xəzərdə qəzaya uğradı
Bizi izləyin

Dünya

İranın döyüş gəmisi Xəzərdə qəzaya uğradı

İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm