Son qərarı Ankara verəcək - Rusiya və İrandan Türkiyəyə YAŞIL İŞIQ - VİDEO
Bizi izləyin

Dünya

Son qərarı Ankara verəcək - Rusiya və İrandan Türkiyəyə YAŞIL İŞIQ - VİDEO

İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bu haqda Astana formatında Rusiya nümayəndə heyəti ilə danışıqlarda istirak edən suriyalı beynəlxalq məsələlər üzrə mütəxəssis Besil əl-Hac Casim bildirib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsü tamamilə Ankaraya verib. Siyasi mütəxəssis qeyd edib ki, Rusiya və İran əməliyyatla bağlı mövqeyini 2017-ci il sentyabr ayının son həftəsində keçirilən 7-ci Astana toplantısında Türkiyə nümayəndə heyətinə çatdırıb.

“Afrin və İdlib mövzusunda Türkiyə ən az 3 ay vaxt itirib və hər keçən gün Türkiyənin əleyhinə işləyir. Türkiyə ABŞ-ın şantajları və maneə törətməsi nəticəsində Afrinə müdaxilə etməkdə gecikir. Hazırda Türkiyə Münbiç, Tel Abyad, Tel Rıfat və Afrin mövzusunda ABŞ-la birbaşa müzakirələr aparır. Rusiya və İran təşəbbüsü tamamilə Ankaraya verib”, - o bildirib.

Besil əl-Hac Casim rəsmi Dəməşq və PKK terror təşkilatı arasında da bəzi gizli və qaranlıq ittifaqların olduğunu bildirib. Onun sözlərinə görə, Suriya ordusunun İdlibə son hücumları Türkiyənin diqqətini Afrindən yayındırmaq və Türkiyəni çətin vəziyyətə salmaq məqsədilə edilir. Mütəxəssis Türkiyəni sıxışdırmaq üçün edilən bu hücumlara bəzi Körfəz ölkələrinin də fəal şəkildə dəstək verdiyini vurğulayıb.

Türkiyə KİV-inin yazdığına görə, sərhəddə böyüməkdə olan bu təhlükəyə qarşı Türkiyənin hər an hərəkətə keçəcəyi gözlənilir. Türkiyə Silahlı qüvvələrinin rəhbərliyi bölgədəki birliklərə “hazır olun!” təlimatı verib.

Yanvarın 9-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Suriyanın şimalında PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə məhv etməyin zamanının çatdığını ifadə edib.

“Suriyada "Fərat qalxanı" əməliyyatı çərçivəsində atdığımız addımı Afrin və Münbiçdə davam etdirərək ölkəmizin sərhəd boyu təhlükəsizliyini bərpa edəcəyik”, - Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm