Dörd gün sonra əmr veriləcək – Qardaş ölkə müharibəyə başlayır
Bizi izləyin

Dünya

Dörd gün sonra əmr veriləcək – Qardaş ölkə müharibəyə başlayır

Suriyanın İdlib şəhərində dekabr ayının son günlərindən etibarən ard-arda baş verən hadisələr bölgəni yenidən barıt çəlləyinə çevirib.

Publika.az
xəbər verir ki, Hmeymin bazasında Rusiyaya məxsus təyyarələrin pilotsuz təyyarələrlə vurulması və bu təyyarələrin İdlibdən qalxdığına dair iddialar Rusiya, Türkiyə və İranın rəhbərliyi ilə Suriya böhranına dair aparılan Astana danışıqlarını təhlükə altına saldı. Baş verənlər Rusiya və Türkiyə arasında gərginliyə səbəb olsa da, prezident Vladimir Putin Ərdoğana zəng edərək, baş verənlərdə Türkiyənin məsuliyyət daşımadığını deməsi vəziyyəti sabitləşdirdi.

Lakin ABŞ-ın Suriyanın şimalında (Türkiyənin cənub sərhədlərində) PKK/PYD/YPG terrorçularına “sərhəd mühafizəsi” adı altında təlimlər keçməsi Türkiyənin Afrin əməliyyatını yenidən gündəmə gətirdi.

“Habertürk”n məlumatına görə, yanvarın 17-də keçiriləcək Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında əməliyyata start verilməsi haqda qərar qəbul edilə bilər.

Türkiyə ordusunun İdlibdə gücləndirilməsi də Afrin əməliyyatına başlanacağı ehtimalını artırır. Hərbi mənbələr ordunun əməliyyata tam hazır olduğunu və hücum üçün əmr gözlədiyini deyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm