Xalq ayağa qalxdı, ABŞ əsgərləri bölgədən qaçdı - - VİDEO
Bizi izləyin

Dünya

Xalq ayağa qalxdı, ABŞ əsgərləri bölgədən qaçdı - - VİDEO

ABŞ-PKK ittifaqının 2016-cı ilin iyun ayında işğal etdiyi Hələbin Münbiç bölgəsində minlərlə dinc sakin etiraz aksiyalarına başlayıb.

Publika.az xəbər verir ki, Əl-Bubenna tayfasına mənsub iki sakinin PKK tərəfindən işgəncə ilə öldürülməsi yerli xalqı ayağa qaldırıb.

Etiraz aksiyalarına Hələbin müxtəlif bölgələrindən yüzlərlə insan qatılıb.

Küçələrə axışan kütlə PKK ilə birlikdə ona dəstək verən ABŞ-ı lənətləyən şüarlar səsləndiriblər.

Münbiç Mədəniyyət Mərkəzini qərargaha çevirən amerikalı əsgərlər baş verən aksiyalardan sonra qərargahlarını boşaldaraq şəhəri tərk ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm